EN

Bizim əsas məsələmiz türklərin azad edilməsidir - ÖZƏL

"Əli Xameneinin artıq postunu təhvil verməyə hazırlaşması, yaxud da ki, onun əvəz edilməsi üçün prosesin başladılması gözləniləndir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Heç bir insan əbədi deyil, bəşər övladı bir gün gələr, bir gün gedər. Təbiidir ki, kimisi tez, kimisi gec, Əli Xamenei də yetərincə yaşlı birisidir. İranda da bilirsiniz ki, dövlətin ən ali məqamı məhz dini liderdir. Hərçənd bu XXI yüzillikdə anormal bir şeydir. Amma bunlar ondan bərk yapışıblar və artıq başa düşürlər ki, dini lideri sağ ikən əvəz etmək daha doğru, daha düzgün olar. İndi gələn xəbərlərdə bildirilir ki, Əli Xamenei öz oğlunu bu posta hazırlayır. Əlbəttə ki, biz bu şeylərə qarışmırıq. Çünki İranın daxili işidir. Ümumiyyətlə, oradakı rejimin nəyi necə etməsinin o qədər də əhəmiyyəti yoxdur. Bizim üçün İran deyəndə hər şeydən öncə gözümüzün önünə əhalinin yarısını təşkil edən türklər gəlir. Özəlliklə də Güney Azərbaycan. Bizi düşündürən, maraqlandıran, narahat edən məsələ oradakı türk soydaşlarımızın vəziyyətinin necə olacağıdır.. Yəni dini lider bu adam olmasın, bir başqası olsun, o heç nəyi dəyişmir. İranda sistem, rejim elə qurulub ki, orada həqiqətən də türklər daimi basqı altındadır, özgələşdirmə siyasətinə məruz qalır. Ümumiyyətlə, onların bütün insan hüquqları görməzdən gəlinir. Ona görə də bizim əsas məsələmiz türklərin azad edilməsidir. Yəni ən azından Güney Azərbaycan Cümhuriyyətinin qurulması və türklərin öz iradələrinə sahib olması bizim öncəliyimizdir. Dini lideri dəyişirlər, dəyişmirlər özləri bilərlər. Bizim qarışacağımız bir şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
olaylar.az

1Sources