EN

Həkim Dilqəm Məhərrəmov plastik əməliyyatdan GÖRÜN NƏLƏR DANIŞDI - VİDEO

Bədən dolğularının istehsalı bütün dünyada mövcuddur.

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın “Palata-103” layihəsinin qonağı, plastik cərrah Dilqəm Məhərrəmov deyib.

O qeyd edib ki, bədən dolğularını istehsal edən şirkətlər tərkibinə görə şərti olaraq, iki qrupa bölürlər.

“Bədəndə sorulub, yox ola bilən dolğular (Bunu insanlar təbii dolğu kimi başa düşürlər – D.M), müəyyən qrupu isə bədəndə sorulub əriyə bilməyən və daimi inkapsulyatsiya olub qalan dolğulardır. Bunları isə insanlar “süni gellər” kimi başa düşürlər. Mənim tövsiyəm, xanımların bu məsələdə çox diqqətli olmalarıdır”, - deyə o bildirib.  

Onun sözlərinə görə, bundan qorunmaq vəzifəsi ilk növbədə həkimlərin üzərinə düşür. 

“Bunu ancaq xüsusi təhsilə, təlimə və xüsusi biliklərə, işləmə şəraitinə sahib olan həkim dermoto-kasmetoloqlar və plastik cərrahlar edə bilər. Yalnız iki ixtisas sahibinin icazəsi var”, - deyə o vurğulayıb. 

D.Məhərrəmov qeyd edib ki, bu əməliyyatı peşəkar həkimlər etsə, fəsadların əmələ gəlmə tezliyi kəskin azalar: 

“Bütün dünyada da belədir. Dermoto-kasmetoloqlar və plastik cərrahlardan başqa digər ixtisas sahibləri bədən dolğularından istifadə edə bilməzlər”.

Aynurə


Chosen
20
news24.az

1Sources