"Barselona"sının prezidenti Juan Laportanın müşaviri Enrik Matip ulduz hücumçu Kilian Mbappenin "Real Madrid"dəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri kataloniyalı klub funksionerinin əzəli rəqibinin oyunçusu ilə bağlı dediklərini belə təqdim edib:
"Real Madrid" əla oyunçuları olan böyük komandadır. Halbuki, indi onların oyun planında narahatlıq nəzərə çarpır. Mbappe oynamağı sevmədiyi "9 nömrə" mövqeyinə salınıb. Bu asan olmayacaq. Lakin Kilian optimal formada olanda o, əsl maşına çevriləcək”.
Mbappe bu mövsüm Madrid nəhənginin heyətində 16 matçda iştirak edib və 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mirağa