EN

Azərbaycan COP29-da intriqalara GETMƏDİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) yekinlaşır. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirə gələnlər arasında 80 prezident, vitse-prezident və baş nazir də vardı. Azərbaycanın təşkilatçılığını həzm edə bilməyən bəzi xarici dairələrin COP29-u boykot kampaniyası ciddi nəticə vermədi. 

Rəsmi Bakı bir sıra dövlət və hökumət başçılarının müxtəlif bəhanələrlə COP29-a gəlmək istəməməsinə təmkin göstərdi, intiqalara qoşulmadı.

Mövzunu şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, kiminsə COP29-a gəlməməsi sırf onun Azərbaycana qarşı olması ilə əlaqədar deyil.


“COP29-a gəlib-gəlməmək məsələsinə az qala "toyda kim iştirak edib-etməyib" səviyyəsində yanaşırıq. Bu, beynəlxalq tədbirdir. Kimsə gəlir və ya gəlmir. Bunun Azərbaycanla əlaqəsi yoxdur, ola da bilməz. Sadəcə olaraq, bizə düşmən qüvvələr vəziyyəti başqa cür göstərmək istəyirlər. Guya COP29-a gəlməyən hər kəs öz maraqlarından çıxış etmir, Azərbaycana gəlmək istəmir. Hər kəsin iqlim məsələlərinə dair müxtəlif mövqeyi var. Məsələn, kimsə bu məsəlyə pul ayırmaq istəmir. 

Biz suveren ölkəyik və suveren qərarlar veririk. Eyni şəkildə bizə yaxın olan və ya olmayan ölkələrin də öz maraqları, siyasəti var. Kiməsə biz nəsə diqtə edə bilmərik.

Bakıda keçirilən iclas çox yüksək səviyyədə təşkil olunur, buna qiyməti BMT və bir sıra ölkələr verib. G-20 tərəfindən tədbirə dəstək bəyanatı yayılıb. Hesab edirəm ki, COP29 Azərbaycanın çox uğurlu tədbiri idi. Kiminsə öz maraqlarına görə bunu tənqid etməsi və ya iştirak etməməsi normal haldır. Heç vaxt hər kəsin gəlib bizə ancaq yaxşı sözlər deyəcəyini gözləmirdik", - sabiq nazir deyib.

T.Zülfüqarov Azərbaycanın bu məsələlərə yanaşmasından da danışıb:
 

"Azərbaycan məsələlərə soyuqqanlı yanaşdı və intriqalara getmədi. Başqa cür davranmaq mümkün deyil.  Yaddan çıxartmayın ki, ölkə başçımız ixtisasca diplomatdır. Bizim hazırkı davranışımız beynəlxalq qanunlara əsaslananır. Bu məsələdə bəzən sensasiya axtarılır, lakin ehtiyac yoxdur. 10 minlərlə  yüksəksəviyyəli nümayəndə Bakıya gəldi, Azərbaycanın gerçək vəziyyəti ilə tanış oldu. Onlar hər şeyi öz gözləri ilə gördülər. Biz də özümüzü bütün dünyaya tanıtdıq. Bu nəticəni həm təbliğ etməli, özümüz də qəbul etməliyik".

Chosen
14
50
modern.az

10Sources