EN

Türkiyədən Yunanistana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Yunanistana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq, 21 milyon 64 min 11 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyədən Yunanistana 2 milyon 11 min 28 dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 24,4 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 132 milyon 738 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Chosen
11
48
turkic.world

10Sources