Bakı,TurkicWorld
Ankarada yerləşən Bilkent dövlət xəstəxanası beş ədəd tibbi ləvazimat dəstinin alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Çatdırılmalar müdiriyyətin yazılı əmrləri nəzərə alınmaqla 10 təqvim günü ərzində həyata keçiriləcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 dekabr 2024-cü il tarixinə qədər “Üniversiteler Mahallesi 1604. Cadde No:9 06800 Bilkent Çankaya/Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir