EN

Bu vulkan 7-ci dəfə PÜSKÜRDÜ

İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında yerləşən vulkan bu il 7-ci dəfə püskürüb.

News24.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsindən açıqlama verilib. 

Açıqlamada partlayışdan sonra vulkanın ətrafında intensivliyi avqust ayına nisbətən daha az olan 3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib və hadisənin hava yolları üçün təhlükə yaratmadığı paylaşılıb.

Eyni zamanda, səlahiyyətlilər Grindavik şəhəri də daxil olmaqla bəzi ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, ərazidəki təxminən 50 sakin təxliyə edilib.

Günel Məlikzadə


Chosen
11
1
news24.az

5Sources