EN

Kobaxidze yenidən Gürcüstanın baş naziri postuna namizəd olacaq

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından baş nazir postuna namizəd yenə də hazırkı hökumət başçısı İrakli Kobaxidze olacaq. Yerli media xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Məlumatı “Anadolu” verib. 

Müvafiq qərar “Gürcü Arzusu” Siyasi Şurasının iclasına dair brifinqdə elan edilib.

Onun sözlərinə görə, İrakli Kobaxidzeni baş nazir postuna namizəd kimi partiyanın fəxri sədri Bidzina İvanişvili təqdim edib.

Mdinaradze əlavə edib ki, “Gürcü arzusu” fraksiyası yenidən parlamentin sədri vəzifəsinə qanunverici orqanın hazırkı rəhbəri Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
24
xalqqazeti.az

1Sources