EN

Ermənistan Beynəlxalq Günəş Alyansının tamhüquqlu üzvü olub

Ermənistan rəsmi olaraq Beynəlxalq Günəş Alyansının 104-cü tamhüquqlu üzvü olub.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hindistandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Ermənistanın Hindistandakı səfiri Vahaqn Afyan və Hindistan Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya və Çoxtərəfli İqtisadi Əlaqələr Departamentinin rəhbəri Abhişek Singh "Beynəlxalq Günəş Alyansının (ISA) yaradılması haqqında" Çərçivə Sazişinin sənədini imzalayıblar.

Ermənistanın Hindistan və Fransanın təsis etdiyi Beynəlxalq Günəş Alyansına tamhüquqlu üzvlüyü 2024-cü il noyabrın 15-də qüvvəyə minib. Bu barədə müvafiq saziş 2023-cü il noyabrın 16-da İrəvanda imzalanıb.

Gülşən Şərif

Chosen
6
bakivaxti.az

1Sources