EN

“Neftçi” ilə “Qarabağ”da problemlə üzləşənlər - Oynamayacaqlar!

Premyer Liqanın 14-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Vərəqə limitini doldurduqlarına görə iki legioner oyunları kənardan izləyəcək. Və hər ikisi öz komandasının vacib fiqurudur.

Söhbət “Qarabağ”lı Julio Romao ilə “Neftçi”nin “11 nömrə”si Kilan Lebondan gedir. 13-cü turda mövsümdə dördüncü sarı vərəqəni alan səbəbkarlar cəzalı duruma düşüblər.

Noyabrın 22-də “Kəpəz” – “Araz-Naxçıvan”, ertəsi “Səbail” – “Qarabağ”, “Neftçi” – “Zirə”, noyabrın 24-də “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Şamaxı” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources