EN

Putinlə İraqın baş naziri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin ilə İraqın baş naziri Məhəmməd Sudani arasında telefon danışığı baş tutub. 

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Putin və Sudani enerji sektorunda böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Tərəflər 2023-cü ilin oktyabrında baş nazirin Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində İraq və Rusiya arasında dostluq və qarşılıqlı faydalı əlaqələri daha da genişləndirmək üçün qarşılıqlı istəklərini ifadə ediblər. Putin və Sudani həmçinin OPEC+ çərçivəsində birgə işin bir neçə aspektini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Siyasətçilər müxtəlif səviyyələrdə təmaslar barədə razılığa gəliblər.

Gülşən Şərif

Chosen
9
bakivaxti.az

1Sources