EN

Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır

Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələnin kökündə Azərbaycanın Qarabağı işğaldan azad etməsi dayanır: “Azərbaycanla ikitərəfli münasibətlərimizi nümunəvi şəkildə davam etdiririk. Bir çox beynəlxalq məsələnin həlli ilə bağlı ortaq səylər ortaya qoyuruq. Ermənistanın müharibədən sonra sülh və sabitliklə bağlı seçim etməsini məmnuniyyətlə qarşılayırıq. Hər iki ölkəni bu tarixi fürsəti qaçırmamağa çağırırıq”.

H.Fidan xatırladıb ki, tərəflər vasitəçi, üçüncü tərəfin iştirakı olmadan İstanbulda bir araya gəliblər: “Oktyabrda İstanbulda keçirilən “3+3” platformasının iclasında bütün regional məsələləri müzakirə etmişik. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə təkcə humanitar məsələlər həllini tapmayacaq, həm də ticarət və inkişafa kömək edəcək şərait yaranacaq”.

Chosen
32
13
moderator.az

10Sources