EN

"Vyanada vətəndaş cəmiyyətinin rolu müzakirə olundu" - QHT sədri

Noyabrın 19-dan 21-dək Avstriyanın paytaxtı Vyanada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun birinci sammiti baş tutub. Sammitdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarusdan olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə yanaşı, Avropa İttifaqından 250-dən çox iştirakçı qatılıb.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a verdiyi açıqlamada bildirib ki, tədbir çərçivəsində Şərq Tərəfdaşlığının çoxtərəfli əməkdaşlığının gələcəyi və vətəndaş cəmiyyətinin bu prosesdəki rolu müzakirə edilib:

"İştirakçılar regionda vətəndaş cəmiyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məqsədləri istiqamətində qarşıda duran çağırışlar barədə fikir mübadiləsi aparıblar. Sammitdə Azərbaycanın Milli Platforması da təmsil olunub. Tədbir regional əməkdaşlıq baxımından önəmli platformadır. Sammit Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti təşkilatları ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaradır".

Qeyd edək ki, üç gün davam edən sammit iştirakçıların gələcək əməkdaşlıq üçün konkret təkliflər irəli sürməsi ilə yekunlaşıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
9
qht.az

1Sources