EN

Fici nümayəndə heyətinin üzvü: COP29-a çox böyük ümidlərlə gəlmişik

COP29-a çox böyük ümidlərlə gəlmişik. Xüsusilə maliyyə sahəsində irəliləyişlərin olmasını gözləyirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Fici nümayəndə heyətinin üzvü İnia Batikoto Seruiratu söyləyib.

Ən həssas və ən çox təsirə məruz qalan ölkələr arasında olduqlarını söyləyən İnia Batikoto Seruiratu qeyd edib: “Qlobal istiləşmənin təsirləri baxımından yaşadığımız problemləri nəzərə alaraq, köməyə ehtiyacımız olduğunu bildiririk. Bütün dünya ölkələri iqlimin yumşaldılmasına öz töhfəsini verməlidir. İndi daha çox yumşaldılma gələcəkdə daha az uyğunlaşma deməkdir. Gələcək nəsillər üçün davamlı bir dünyanın olmasını təmin etmək üçün səy göstərməliyik”.

Chosen
26
xalqqazeti.az

1Sources