1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Doqquz aylıq Səlimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aydan Ağayeva məlumat verib.
O bildirib ki, övladının müayinə üçün dəstəyə ehtiyacları var:
"Səlim bu ilin fevral ayında dünyaya gəlib. Doğulan zaman hər şeyin qaydasında olduğunu düşünsək də, zamanla onun bədənində ləkələr müşahidə etdik. Əvvəl bunun allergiya və ya hansısa istifadə etdiyimiz kremdən yaranan ləkə olduğunu düşündük. Bir müddət müşahidə etdikdən sonra onu həkimə apardıq. Həkimlər Səlimin qaraciyəri ilə bağlı problemi ola biləcəyini dedilər".
Gənc ana övladının analizlərini Türkiyəyə yolladıqlarını deyib:
"Bizə Türkiyədə yerləşən xəstəxanalardan birində işləyən həkim tövsiyə etdilər. Biz onunla əlaqəyə keçib bütün analizlərimizi göndərdik. Həkim Səlimin qaraciyərində və dalağında böyümə olduğunu dedi. O, sirrozdan şübhələnsə də, erkən müalicəyə başlasaq qarşısını ala biləcəyimizi dedi. Hazırda biz Türkiyəyə yollanıb orada müayinələrdən keçməliyik. Bunun üçün təkcə xəstəxanaya 1 000 dollar ödəməliyik, bilet, hotel pulu, hər birini hesabladıqda, təxminən 3 500 manata ehtiyacımız yaranır. Bu məbləğin 2 000 manatını toplaya bilsək də, 1 500 manatını hələ toplaya bilməmişik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 704-09-92.
Express Bank: 4724 9425 2723 6715.