EN

Bugünkü zəngi "səhnələşdirilmiş" adlandıranlara belə cavab verdi - FOTOLAR

"Xarici agentlər və sadəcə düşmənlər, mən brifinq zamanı telefon zənginə cavab verəndə bu gün canlı televiziyada guya “səhnələşdirilmiş tamaşa” gördüklərindən narahat olublar".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xaici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb. 

"Bu, bacarıqsız müəlliflərin yalanıdır. 

Nəticə müəlliflərə layiqdir - bacarıqsız və yalan. Telefonsuz olduğum bir brifinq olmayıb. İnformasiya gündəmindən kənarda olduğum bir dənə də olsun brifinq olmayıb və güman edirəm ki, olmayacaq da. Mən gündəmi xəbər lentləri və şəxsi mesajlarım vasitəsilə izləyirəm.

Üstəlik, bəzən brifinqlər zamanı operativ olaraq konkret məsələ ilə bağlı ekspertlərdən xahiş edirəm və jurnalistlərə ətraflı, aktual cavab verirəm.

Mövzu aktual olanda gözləmək imkanı yoxdur, efirdə telefona sözün əsl mənasında cavab verməyə məcbur oluram. Bunu bütün jurnalistlər bilir.

Sübut üçün ekran görüntülərini paylaşıram", - deyə Zaxarova qeyd edib.

Chosen
71
50
unikal.az

10Sources