EN

Tropik meşələrin mühafizəsi COP29 sədrliyinin fəaliyyət planının mərkəzində durur

Tropik meşələrin mühafizəsi və bərpası COP29 sədrliyinin 1,5°C hədəfinə nail olunması üzrə fəaliyyət planında əsas yeri tutur.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakıdan Belenə" adlı tədbirdə bildirib.

"COP29-un sədri və "Troyka"nın bir hissəsi olaraq, biz 1,5°C hədəf göstəricisinin əlçatan olmasına çalışırıq. Tropik meşələrin mühafizəsi və bərpası 1,5°C hədəfinə nail olunması üzrə fəaliyyət planımızın mərkəzində durur. Bununla əlaqədar "Troyka" Uxanda iqlim fəaliyyəti üzrə nazirlər konfransı çərçivəsində meşələrin və su anbarlarının qorunması, mühafizəsi və bərpasına dəstək məqsədilə bu ilin iyulunda yüksək səviyyəli tədbir təşkil edib", - o bildirib.

U.Tağıyeva xatırladıb ki, COP29 konfransında daha bir mühüm mərhələyə nail olunub - tərəflər Paris Sazişinin 6.8 maddəsində göstərildiyi kimi, qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramı ilə bağlı qərar qəbul ediblər.

"Bu, ölkələrin öz milli iqlim planlarının həyata keçirilməsində əməkdaşlıq etməsi üçün yeni imkanlar açır. Biz COP29-da adaptasiya, təsirlərin yumşaldılması, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi və gender aspektlərini əhatə edən balanslaşdırılmış tədbirlər paketinə nail olmağa çalışırıq. Bu tədbir təkcə dialoq üçün forum deyil, həm də əməkdaşlığa çağırışdır. Biz birlikdə Amazon və digər həyati vacib ekosistemlərin həyatı dəstəkləməyə davam etməsini təmin edə bilərik", - o əlavə edib.

Nazir müavininin sözlərinə görə, Bakıdan Belenə səyahət yol xəritəsi olmaqla yanaşı, özündə həm də fəaliyyətə çağırışı ehtiva edir.

Chosen
42
1
ikisahil.az

2Sources