EN

Qara piar kampaniyasından ən çox Fransa özü zərər görür- ÖZƏL

"Əvvəllər də Fransanın xarici işlər naziri Azərbaycandakı Fransa səfirliyinə çağırılıb. Məsələ burasıdır ki, Fransa son illərdə Ermənistanı revanşizmə sürükləməklə yanaşı, Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirməkdədir. Dəfələrlə BMT Təhlükəsizlik Şurasından Azərbaycana qarşı qətnamə layihələri təklif edib. Hər vəchlə bütün ictimaiyyətin diqqətini Azərbaycana qarşı həyata keçirdiyi böhtan kampaniyasına yönəltməyə çalışır". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda COP29 ərəfəsində də bu xislətindən geri qalmayaraq dünya dövlətlərini COP29-u boykot etməyə çağırış edib. Halbuki COP29 ilk növbədə BMT-nin tədbiridir. Qlobal təhlükəsizliyə olan təhdidlərlə bağlı, iqlim təhlükəsizliyinə qarşı mübarizə tədbiridir. Belə bir tədbirə Azərbaycanın evsahibliyi etməsi, onun yüksək səviyyədə təşkilatçılığı, tərəfləri bir masa arxasına gətirərək vacib qərarların alınmasına vəsilə olması əslində, yüksək qiymətləndirilməlidir. Fransadan isə bunun əksini görürük. Bu bir daha onun ermənipərəst xislətini ortaya qoyur. Fransa ikili standartlarla çıxış edir, Fransanın Cənubi Qafqazda sülh və sabitlikdə marağı yoxdur. Sadəcə müəyyən erməni dairələrin təsiri altında olan establışment erməni kartından istifadə edərək Fransanın Cənubi Qafqazda möhkəmlənməsinə nail olmağa çalışır ki, bunu da regional ölkələr istəmirlər. Bu baxımdan Fransanın səyləri öz nəticəsini vermir. Fransa da səyləri nəticə vermədiyinə görə Azərbaycana qarşı qara piar kampaniyasını irəlilətməyə çalışır. Bu qara piar kampaniyasından ən çox Fransa özü zərər görür. Çünki onun çağırışına əks olaraq əksər dünya ölkələri gəlib tədbirdə iştirak etdilər. Dünya birliyi, BMT-nin Baş katibi tədbiri yüksək səviyyədə qiymətləndirdi. Tədbirdə karbon krediti bazarı, maliyyə hədəfləriylə bağlı mühüm qərarlar verildi. Fransanın səyləri bundan sonra da nəticə verməyəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
olaylar.az

1Sources