EN

İlk bərpaolunan enerji mənbələri hərracının sənədləşmə işləri 20 gün ərzində tamamlanacaq

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində keçirilmiş ilk hərracın qalibi seçilib.

Fins.az, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayevin açıqlamalarına istinadən xəbər verir ki, hərracda "Universal International Holdings Limited" qalib gəlib və Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirmək hüququ qazanıb.

100 MVt gücündə olacaq bu stansiya ilə bağlı bütün sənədləşmə işləri 20 gün ərzində yekunlaşdırılacaq.

Hərrac 130-dan çox şirkətin iştirak etdiyi iki mərhələli proseslə keçirilib və ümumilikdə 6 saat davam edib.
 

Fuad Mədətov
Fins.az

Chosen
10
2
fins.az

3Sources