EN

Əvvəl böyüdürdülər, indi kiçildirlər... - Plastik cərrah danışdı!

Tanınmış plastik cərrah Dilqəm Məhərrəmov xanımların bədən nahiyələrində böyük ölçülərə meyil etməsindən və bunun üçün əməliyyatlara üz tutmasından danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın “Palata 103” layihəsində açıqlama verib:

“Xanımların böyük ölçülərə meyil etməsi dəblə insanların öz istəklərinin birləşməsi nəticəsində yaranır. Beləliklə bunları özlərində görürlər. Mən qadın gözəllik parametrləriniaşmamaq şərtilə bədən formalarının dəyişidirilməsi və gözəlləşdirilməsinin tərəfdarıyam. Parametrlərdən yüksək ölçülər gözəlik hesab oluna bilməz. Xanımlarımızın böyük əskəriyyəti yaxşı mənada bunu başa düşməyə başlayıblar. Son zamanlar dəbdə olan böyük nahiyələrin kiçildilməsi əməliyyatlarına üz tuturlar. Bunlar da sadə əməliyyatlar deyil. Əvvəl dəb idi böyüdürdülər, indi kiçildirlər”.


Müəllif: Teleqraf.com
Chosen
3
2
teleqraf.com

3Sources