EN

Növbəti ildə əmək pensiyasının orta məbləği 8 % artımı proqnozlaşdırılır

2025-ci ildə Azərbaycan əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatması proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iki komitəsinin birgə iclasında məlumat verib. Nazir bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği yalnız 264 manat idi.

O, əlavə edib ki, son beş ildə əmək pensiyalarının orta məbləğini təxminən iki dəfə artırmağa nail olunub. Yaşa görə əmək pensiyasının orta məbləği isə daha yüksək olacaq və 2025-ci ildə 569 manat proqnozlaşdırılır. Bu, cari il ilə müqayisədə 8 faiz artım deməkdir. 2019-cu ilin göstəricisinə əsaslanaraq, 2025-ci ildəki artım 292 manat təşkil edəcək.

Chosen
14
1
fins.az

10Sources