Canlı brifinq zamanı aldığım zəng şərhlərdən birinin mövzusunu ekspertlərlə aydınlaşdırmaqla bağlı idi.
Gundem.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə ona gələn qəribə zənglə bağlı TASS-a açıqlammasında deyib.
“Brifinqdən əvvəl internetdəki ziddiyyətli materiallarla bağlı suallar oldu. Mütəxəssislərdən bunun mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi ki, Xarici İşlər Nazirliyi bu məsələni şərh etmir. Yəni ortada heç bir intriqa yoxdur”, - Zaxarova bildirib.
Qeyd edək ki, bu gün canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zəng gəlib. Ona bildirilib ki, Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməsin.