EN

ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını GENİŞLƏNDİRİLİB

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) materiallarına əsasən, nazirlik “Qazprombank”, “BKS Bank” və “DOM.RF” daxil olmaqla 50-dən çox Rusiya bankına qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, siyahıya həmçinin “Bratsk Xalq Bankı”, “Enerqotransbank”, “Kremlevski”, “İturup”, “Sinara”, “BBR”, “Fora Bank” və digər banklar da daxil edilib.

Bundan əlavə, Rusiyanın maliyyə sektoru ilə əlaqəli şəxslər də sanksiyalara məruz qalıb. Siyahıda xüsusilə Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin və Dmitri Tulin, Mərkəzi Bankın sədr müavini Olqa Polyakovanın da adı var.

Chosen
14
2
unikal.az

3Sources