EN

Suriya məzardan ən qədim əlifba tapıldı

Cons Hopkins Universitetinin amerikalı arxeoloqları Suriyada məzarın qazıntıları zamanı bəşər tarixində əlifba yazısının ən qədim nümunəsini tapıblar. 

HİT.az xəbər verir ki, kəşf Amerika Xarici Araşdırmalar Cəmiyyətinin (ASOR) illik toplantısında təqdim edilib.

Alimlər Yaxın Şərqin ən qədim şəhərlərindən birinin yerləşdiyi Umm əl-Mərrada Tunc dövrünə aid məzarlıqda insan barmağının uzunluğunda simvolla örtülmüş gil silindrlər aşkar ediblər.

Bundan əlavə, oradan altı skelet, qızıl və gümüş zinət əşyaları, mətbəx qabları, nizə ucu və bütöv keramika qablar aşkar edilib.

Radiokarbon tarixi göstərib ki, əlifba silindrləri eramızdan əvvəl 2400-cü ildə yaradılıb və bu da məlum olan ən qədim yazı nümunələrindən təxminən 500 il qədimdir.

"Alimlər əvvəllər əlifbanın Misirdə və ya onu əhatə edən bölgədə eramızdan əvvəl 1900-cü ildən sonra icad edildiyinə inanırdılar. Amma tapılan artefaktlar daha qədimdir və başqa əraziyə aiddir. Bu onu göstərir ki, əlifbanın mənşəyinin tarixi hamının düşündüyü kimi deyildi", deyə tədqiqat müəllifi professor Qlenn Şvarts bildirib.

Samir
 

Chosen
17
1
hit.az

2Sources