EN

Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir

2025-ci ildə orta əmək pensiyası 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq.


Ölkə.Az xəbər verir ki, bunun əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, ilin sonunadək əmək və yaşa görə əmək pensiyası 8 faiz artması proqnozlaşdırılır. “2024-cü ilin sonunda əmək pensiyasının həcmi 494 manat, yaşa görə pensiya isə 527 manat olacağı gözlənilir. Bu da bizə pensiyanın daha çox artırılmasına imkan yaradacaq”, - nazir qeyd edib. 
Chosen
7
1
yenilik.az

2Sources