10 yaşına qədər uşaq evində böyüyən şəxs həyat yoldaşından boşandığı vaxtdan bəri problemlə üz-üzə qalıb.
Milli.Az bildirir ki, onun sözlərinə görə həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxusundan ehtiyat edib və 1 il evli qalıb, sonra boşanıb. Üstündən illər keçib, 1 il əvvəl isə xəbər tutub ki, ona aliment kəsilib.
Oxuma-yazma bilməyən İslam başına gələnləri də savadsızlığı ilə əlaqələndirir.
![](https://img.milli.az/2024/11/17/1246826.png)
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.
Ş.Paşayev deyib ki, həmin şəxsin ata olmadığı ekspertiza vasitəsilə müəyyənləşərsə, o zaman indiyədək ödədiyi alimentin aidiyyəti qaydada anadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.
Daha ətraflı Xəzər TV-nin süjetində: