EN

HƏMAS Netanyahunun həbsinə dair BCM-nin orderini tarixi presedent adlandırıb

Fələstinin HƏMAS hərəkatı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderi alqışlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz HƏMAS hərəkatında Benyamin Netanyahu və Yoav Qalantın BCM-nin həbsinə order verməsini alqışlayırıq”, – bəyanatda deyilir.

O, həmçinin qeyd edir ki, bu addım tarixi bir presedentdir. Hərəkat həmçinin bütün dünya ölkələrini məhkəmə qərarı ilə Netanyahu və Qalantı məsuliyyətə cəlb etmək üçün BCM ilə əməkdaşlığa çağırıb.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalantı həbs etmək qərarına gəlib. Söhbət “ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək törədilmiş insanlığa qarşı cinayətlərdən və hərbi cinayətlərdən” gedir. Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

Chosen
36
27
nocomment.az

10Sources