EN

"Yaxşı olardı ki, bu vəsaitlər konkret uşaq pulu adıyla verilsin" - Ekspert

"2025-ci ilin dövlət büdcəsinin bu günə kimi açıqlanan hissəsində uşaq pulu verilməsinə dair heç bir işarə yoxdur". SeherXeber.org xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert problemin büdcə müzakirəsi zamanı parlamentdə qaldırılacağını güman edir: 

"Düşünürəm ki, bu məsələ hansısa bir formada müzakirəyə çıxarıla bilər. Amma bu gün təqdim olunan ilkin versiyada və açıqlanan rəqəmlərdə, dövlət və hökumət nümayəndələrinin açıqladığı şərhlərdə uşaq pulunun verilməsinə dair ip ucu yoxdur. Sadəcə, hökumətin yanaşması fərqlidir. Onlar deyir biz uşaq pulu veririk, amma həmin vəsait uşaq pulu adı ilə verilmir. Müxtəlif formalarda uşaqlar yadım alır, məsələn, sosial yardım alan ailələrdə, əngəlli ailələrdə olan uşaqlara pul ödənilir".

Natiq Cəfərli bu gün Azərbaycanda 300-400 min uşağa dövlət tərəfindən vəsait ödənildiyini açıqlayıb:

"Amma bu pul həmin uşaqlara müxtəlif adlarla ödənilir. Hökumətin mövqeyi bundan ibarədir. Amma yaxşı olardı ki, bu vəsait müxtəlif adlarla deyil, konkret olaraq uşaq pulu adı altında verilsin. Təəssüf ki, bu günə kimi belə bir açıqlama görməmişəm".

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsində dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrıldığını açıqlayıb. Nazir bildirib ki, bu xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşəcək, bunun da 7,2 milyard manatı əmək pensiyalarının maliyyələşdirilməsi btəşkil edəcək.

Chosen
16
3
seherxeber.org

4Sources