EN

Türkiyə COP29-da neçə nəfərlə iştirak etdi?

COP29 başladığı gündən Azərbaycandayıq. Türkiyə Prezident, nazirlər, millət vəkilləri səviyyəsində, həmçinin universitetlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən, ümumilikdə isə bütün sektorlardan təqribən 1800 nəfərlə konfransda iştirak etdi. Bu da həqiqətən yüksək göstəricidir. Azərbaycana, COP29 Sədrliyinə sonuna qədər dəstək verəcəyik.

Viral.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank söyləyib.

O bildirib ki, Azərbaycan COP29 müddətində bütün qonaqlarını ən yüksək səviyyədə qəbul etdi, möhtəşəm ev sahibliyi həyata keçirdi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan öz fərqini ortaya qoyub. Nazir müavini COP29-a qatılan qonaqların sayının çox olduğunu bildirib.

Son Yazılar:

“COP29-dan əsas gözləntilərimiz maliyyə ilə bağlıdır. Bu, dünyada inkişaf etmiş ölkələrin az inkişaf etmiş ölkələrə göstərdikləri maliyyənin artırılması yönündədir. Bununla bağlı böyük inam var, eləcə də müzakirələr davam edir. İnanırıq ki, müzakirələr müsbət sonluqla yekunlaşacaq”, – deyə Fatma Varank vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq nazirlikləri ilə birgə iqlim dəyişmələrinin təsirləri barədə ciddi layihələr var və hazırda məsləhətləşmələr aparılır.

“Bütün məsələlərimizi birgə müzakirə edirik. Həm Azərbaycanın bizə, həm də Türkiyənin Azərbaycana verdiyi töhfələr var”, – deyə Fatma Varank bildirib.

Chosen
12
13
viral.az

10Sources