Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərində yerləşən “Yujmaş” zavoduna orta mənzilli "Oreşnik" ballistik raketlə hücumunun görüntüləri yayılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüntüləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində nümayiş etdirib.
Qeyd edək ki, bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini hipersəsli ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqlayıb.