EN

Toyota bZ7 konseptual elektrik avtomobilini təqdim etdi

...Quançjou avtosalonunda Toyota bZ7 konseptini təqdim etdi. Bu, bZ seriyasının bir hissəsi olacaq C-Class sedanıdır. SİA-nın əldə etdiyi məlumata görə, avtomobilin istehsal versiyasının 2025-ci ildə satışa çıxarılacağı və Xiaomi SU7, BYD Han və Luxeed S7 kimi modellərlə rəqabət aparacağı gözlənilir.

Toyota bZ7 sürətli kuzovu və avtomobilin bütün eni boyunca uzanan LED optikası ilə seçilir (bZ ailəsinin digər modellərində eyni faralar var).

Modelin interyeri hələ göstərilməyib. İnkişaf GAC Toyota birgə müəssisəsi çərçivəsində həyata keçirilib. Çində yapon brendinin digər elektrik modelləri kimi, bZ7 çox güman ki, BYD-dən Blade batareyası və elektrik güc aqreqatı ilə təchiz olunacaq.

Xatırladaq ki, bZ seriyalı elektrik avtomobilləri yalnız Çin bazarı üçün yaradılmışdır. GAC ilə birgə müəssisə hazırda bZ3C və bZ3X krossoverlərini istehsal edir, FAW Toyota zavodu isə bZ3 sedan və bZ4X krossoverlərini yığır. bZ3C krossoveri yaxın bir neçə ay ərzində sonuncu ikisinə qoşulacaq.

Nazlı Almuradova

Chosen
31
sia.az

1Sources