EN

Netanyahu həbsi ilə bağlı qərara münasibət bildirib

Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Netanyahunun açıqlaması baş nazirin ofisi tərəfindən dərc olunan bəyanatda öz əksini tapıb.

“Biz bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Chosen
7
7
nocomment.az

9Sources