EN

QƏRB NETANYAHUNU YARIYOLDA QOYDU: ABŞ həbsə "yox" dedi, Kanada, Fransa, Britaniya, İtaliya, Niderland və... - AÇIQLAMALAR

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında çıxardığı həbs qərarına nüfuzlu ölkələrdən rəsmi reaksiyalar gecikməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail hökumətinin ən böyük dəstəkçisi olan ABŞ bu qərarın əleyhinə çıxıb.

Ağ Evdən bildirilib ki, Birləşmiş Ştatlar bu qərarı qəbul etmir: "Biz İsrail rəhbərliyi barədə verilən həbs orderini rədd edirik. Eyni zamanda, qərardan çox narahatıq".

ABŞ-ın yeni prezidenti Trampın yaxın dostu, respublikaçı senator Lindsey Graham isə qərarı "zarafat" sayıb: "Məhkəmə təhlükəli zarafat edib.  Senatın bu məsuliyyətsizliyə qarşı tədbir görüb, sanksiyalar tətbiq etməsinin vaxtı çatıb".

Baş nazir Castin Trudeau Kanadanın beynəlxalq məhkəmənin qərarına əməl edəcəyini bəyan edib: "Hər kəsin beynəlxalq hüquqa riayət etməsi həqiqətən çox vacibdir" 

Avropa İttifaqının Ali Nümayəndəsi Josep Borrell də BCM-nin qərarını dəsətkləyib: "Netanyahu və Qallantın həbsinə dair orderlər siyasi deyil. Bu, məhkəmə qərarıdır və hər kəs də  məhkəmə qərarına hörmət etməli, onu icra edilməlidir".

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp da qərarəı yerinə yetirəcəklərini deyib: "Biz və ölkəmiz BCM-nin müstəqilliyinə açıq şəkildə hörmət edirik. Gərəksiz mübahisələrə girmədən həbs qərarına uyğun hərəkət edəcəyik. Biz Roma Əsasnaməsinə tam əməl edirik".

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristofe Lemoine isə ikibaşlı açıqlama verib: "Fransa məhkəmənin əsasnaməsinə hörmətlə yanaşır". Lakin o, Netanyahu və Qallantın Fransaya gələrkən həbs olunub-olunmayacağını söyləməkdən yayınıb: "Bu, hüquqi baxımdan mürəkkəb bir məsələdir".

Böyük Britaniya isə qərara hörmətlə yanaşdığını təsdiqləyib. Baş nazir Keir Starmerin sözçüsü tərəfindən verilən açıqlamada Böyük Britaniyanın BCM-nin müstəqilliyinə hörmətlə yanaşdığı qeyd edilib.

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, müttəfiqləri ilə qərarla bağlı fikir mübadiləsi aparacaq: "Ancaq bununla belə, biz BCM-ni dəstəkləyirik. Məhkəmə siyasi deyil, hüquqi rol oynamalıdır"

İsveçin xarici işlər naziri Maria Malmer Stenergard da məhkəmənin qərarını, onun müstəqilliyini və bütövlüyünü dəstəklədiklərini vurğulayıb: "israil rəhbərliyi ölkəmikzə gələrsə, məhkəmə qərarı tətbiq olunacaq"

İrlandiyanın Baş naziri Simon Harris da həbs qərarını ica edəcəklərini deyib.

İsveçrə Federal Ədliyyə Bürosu da Roma Nizamnaməsinə uyğun olaraq BCM-nin qərarıan boyun əyəcəklərini təsdiqləyib.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq isə qərarı gülünc adlandırsa da, icra etməyə məcbur olduqlarını qeyd edib.

Lamiyə Əhmədli

MİA.AZ

Chosen
35
50
mia.az

10Sources