Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
Â
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a bildirilib ki, iclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub.
Â
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.
Â
SeçkilÉ™rin tarixinin dÉ™yiÅŸdirilmÉ™sinin vÉ™ sentyabrın 1-dÉ™ keçirilmÉ™sinin, É™sasÉ™n, AzÉ™rbaycanın COP29-a ev sahibliyi etmÉ™si ilÉ™ baÄŸlı olduÄŸunu bildirÉ™n spiker SahibÉ™ Qafarova deyib ki, bu qÉ™rar özünü tamamilÉ™ doÄŸruldub. Onun sözlÉ™rinÉ™ görÉ™, parlament seçkilÉ™ri ölkÉ™nin siyasi hÉ™yatında bütün dövlÉ™t resurslarının sÉ™fÉ™rbÉ™r olunmasını tÉ™lÉ™b edÉ™n mühüm hadisÉ™lÉ™rdÉ™n biri olduÄŸundan, 196 ölkÉ™dÉ™n 70 mindÉ™n çox qonağın, o cümlÉ™dÉ™n 80-dÉ™n çox prezident, vitse-prezident vÉ™ baÅŸ nazirlÉ™rin qatıldığı qlobal xarakter daşıyan belÉ™ bir beynÉ™lxalq tÉ™dbir zamanı seçkilÉ™rin keyfiyyÉ™tli təşkili qeyri-mümkün idi.Â
Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. Bu seçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malik hadisədir. Qeyd olunub ki, seçkilər zamanı müvafiq dövlət orqanları tərəfindən vətəndaşların öz iradəsini azad ifadə etməsi və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Â
O, Yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin əvvəlki kimi parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu, bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyini bildirib.
Â
Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova COP29 kimi mötəbər və mühüm tədbirin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda, parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik ediblər.