EN

Netanyahunun həbsi qərarından sonra İsrailə səfərini təxirə saldı

Niderlandın xarici işlər naziri Kaspar Veldkampın İsrailə səfəri təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Niderland XİN məlumat yayıb.

Bəyanatda deyilir: “Bu şəraitdə hazırda İsrailə səfər etməmək qərarı verilib”.

Qeyd olunur ki, bu qərar İsrailin xarici işlər naziri Gideon Saarla məsləhətləşmələrdən sonra verilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Niderland, Netanyahu və Qalant ölkəyə gəldikləri təqdirdə BCM qərarının həyata keçiriləcəyini bildirib.

Chosen
11
unikal.az

1Sources