EN

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər. 

 

Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurnalı məlumat yayıb. Tədqiqatlar göstərib ki, qan təzyiqi dərmanlarının beş il və ya daha çox müddətə uzunmüddətli istifadəsi demensiya inkişaf riskini 25 faizə qədər azaldır. Bu, xolesterolun tənzimlənməsi üçün nəzərdə tutulan dərmanlara da aiddir.

 

Üstəlik, bir şəxs ürək-damar xəstəliklərinə qarşı dərmanların kombinasiyasını qəbul edərsə, qoruyucu təsir daha yüksək olub. Bununla paralel olaraq, insultun qarşısını almaq üçün nəzərdə tutulan antitrombosit dərmanlar, əksinə, demensiya ehtimalını artırıb. İzahlardan biri də budur ki, bu dərmanlar idrak qabiliyyətinin azalmasına səbəb olan təsirlərə malikdir. Ancaq bu, son izahat deyil və bu ziddiyyəti anlamaq üçün araşdırmalar davam edir.

 

İnci

Chosen
37
1
sfera.az

2Sources