EN

Etibarnaməni ləğv edərkən niyə rüsum ödənilir? - VİDEO

Etibarnamə veriləndə də rüsum ödənilir, həmin etibarnamə ləğv ediləndə də...   Manset.az Xəzər TV-yə istinadən bildirir ki, lakin bundan əksər vətəndaşın xəbəri yoxdur. Son zamanlar elə sosial şəbəkələrdə də bu məsələ  ciddi müzakirələrə səbəb olub. Belə ki, sürücülər deyirlər ki, avtomobillər üçün etibarnamə verildikdə rüsum ödəyirlər. Sonra həmin avtomobil satıldıqda və ya başqasının adına keçdikdə yenə də etibarnamələr vətəndaşın adında qalır. Hətta avtomobil başqa ölkəyə göndərilsə, dövlət qeydiyyat nişanı dəyişsə də, sistemdə etibar edilən əmlak kimi göstərilir. Etibarnamənin ləğv edilməsi üçün isə əlavə 8 manat 50 qəpik ödəniş tələb olunur. Hüquqşünaslar isə deyir ki, qanunvericilikdə rüsumla  bağlı hər hansı müddəa əksini tapmayıb. Lakin  qeyd olunan məbləğ xidmət haqqı olaraq hesablanır. Hüquqşünas Ramil  Süleymanov isə deyir ki, sakinləri ən çox narahat edən mövzu  məhz rüsum ödənilən zaman  bank və ya digər xidmətlərə görə, müxtəlif xidmət haqları tutulmasıdıır. Ədliyyə Nazirliyindən isə verilən məlumata görə, etibarnamələrin ləğvi vətəndaşın ərizəsi əsasında həyata keçirilir və bu ərizə notarial qaydada təsdiq edilmiş ərizə olmalıdır. Bu zaman alınan dövlət rüsumu isə etibarnamənin ləğvi üçün yox, həmin ərizənin notarial qaydada təsdiqinə görə alınır. Bu rüsum isə "Dövlət rüsumu haqqında" Qanunun 10-cu maddəsinə əsasən alınır və əvvəllər də  mövcud olub. Manset.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Chosen
7
5
manset.az

6Sources