EN

Azərbaycan–Misir diplomatik məsləhətləşməsi

Noyabrın 21-də Xarici İşlər naziri Ceyhun Bayramov ilə Misir Ərəb Respublikasının Xarici İşlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrimizin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və “yaşıl” enerji sahəsində Azərbaycan–Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

XQ

Chosen
13
5
xalqqazeti.az

10Sources