№479 Bakı şəhəri, 16 noyabr 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 723) ilə təsdiq edilmiş “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın 13.3.8.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.3.9-cu yarımbənd əlavə edilsin:
“13.3.9. satınalma predmeti ərzaq məhsulları olduqda.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri