EN

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

Milli Məclis Lüksemburq Deputatlar Palatasının noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Bu barədə Milli Məclisin Lüksemburq Deputatlar Palatasının qətnaməsinə dair açıqlamasında yer alıb.

Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslərlə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.

Azərbaycan Respublikası Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlarla konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir.

 

Chosen
16
27
xalqqazeti.az

10Sources