EN

İlin ən yaxşı oyunu müəyyən edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Golden Joystick Awards 2024" mərasimində müxtəlif kateqoriyalar üzrə qaliblər elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
"İlin ultimativ oyunu" titulunu "Black Myth: Wukong" alıb. "Satisfactory" "Kömpüterdə ilin ən yaxşı oyunu" kateqoriyasında, "Helldivers 2" isə "Konsollarda ilin ən yaxşı oyunu" mükafatını qazanıb.
"Final Fantasy VII Rebirth" "Ən yaxşı hekayə", "Ən yaxşı saundtrek", "Ən yaxşı baş rol ifaçısı" (Kodi Kristian - Klaud) və "Ən yaxşı ikinci plan aktyoru" (Briana Uayt - Ayris) kateqoriyalarında mükafatlar alıb.
"Helldivers 2", həmçinin "Ən yaxşı multiistifadəçi oyunu" adını qazanıb. "Ən yaxşı indi-oyun" kateqoriyasında "Balatro", "Ən yaxşı vizual dizayn" mükafatını isə "Black Myth: Wukong" qazanıb. İlin studiyası mükafatına "Astro Bot"un yaradıcıları "Asobi Team" layiq görülüb.
"Steam Deck OLED" ən yaxşı oyun cihazı kimi tanınıb.
Oyunçuların versiyasına görə, ən çox gözlənilən oyun "Grand Theft Auto VI" olub.
Chosen
22
oxu.az

1Sources