EN

Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ənənəvi brifinq zamanı zəng gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, brifinq canlı olduğundan və mikrofon söndürülmədiyindən zəng edənin səsi eşidilib.

Belə ki, zəng əsnasında “raketlər” sözünün eşidildiyi bildirilir. Məlumata görə, ona Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməməsi deyilib.

M. Zaxarova məsələ ilə bağlı TASS-a açıqlamasında bunları deyib:

“Canlı brifinq zamanı aldığım zəng şərhlərdən birinin mövzusunu ekspertlərlə aydınlaşdırmaqla bağlı idi. Brifinqdən əvvəl internetdəki ziddiyyətli materiallarla bağlı suallar oldu. Mütəxəssislərdən bunun mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi ki, Xarici İşlər Nazirliyi bu məsələni şərh etmir. Yəni ortada heç bir intriqa yoxdur”.

Chosen
23
qafqazinfo.az

1Sources