EN

"Bitcoin"in qiyməti 99,000 dolları keçərək yeni rekorda imza atdı

 "Bitcoin"in qiyməti yeni rekord səviyyəyə çataraq 99,000 dolları keçib.  

Valyuta.Az "Binance" platformasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 7:17-də kriptovalyutanın qiyməti 4,42% artımla 99,136 dollara yüksəlib.  

Lakin saat 7:33-də "Bitcoin"in artım tempi bir qədər yavaşlayıb və qiymət 98,598 dollar (+3,17%) səviyyəsində ticarət olunub.  

Analitiklər hesab edirlər ki, kriptovalyuta qiymətlərinin artmasının bir neçə əsas səbəbi var. Bu səbəblər arasında ABŞ-ın seçilmiş prezidenti Donald Trampın (Donald Trump) ölkəni qlobal kriptovalyuta mərkəzinə çevirmək planları və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının ("SEC") tənzimləyici siyasətlərinə yenidən baxılması xüsusi qeyd edilir.  

Digər bir səbəb isə "Bitcoin" və "Stablecoin"in geosiyasi böhranlar zamanı potensial müdafiə aktivləri kimi qəbul edilməsidir ki, bu da investorların marağını artırır.   

Rəhim

Chosen
14
50
valyuta.az

10Sources