EN

Türkiyə XİN-dən Azərbaycan və Ermənistana çağırış

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanı sülh üçün tarixi fürsəti əldən verməməyə çağırıb.

O, bu barədə ölkə parlamentində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda sülh həmişəkindən daha yaxındır.

"Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq məsələlərin həlli üçün birgə səylər göstəririk. Ermənistanın sülh və sabitlik lehinə seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq", - nazir vurğulayıb.

Fidan xatırladıb ki, uzun fasilədən sonra ilk dəfə olaraq tərəflər İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçiriblər.

"Oktyabr ayında İstanbulda keçirilən "3+3" platformasının iclasında biz bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqazda sülh və sabitliyin yaranması ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı əlaqə və inkişaf üçün şərait yaradılacaq", - Fidan yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
7
olaylar.az

10Sources