EN

Avstraliya İsrailin sabiq nazirinə viza verməkdən imtina edib

Avstraliya hökuməti İsrailin sabiq daxili işlər naziri Ayelet Şakedin viza müraciətini rədd edib.

APA xəbər verir ki, bu haqda məlumatı “The Australian” qəzeti yayıb.

Qəzetin məlumatına görə Avstraliya Daxili İşlər Nazirliyi paytaxt Kanberrada keçiriləcək konfransda iştirak etmək məqsədilə viza üçün müraciət etmiş İsrailin sabiq naziri Şakedə qərarını yazılı şəkildə çatdırıb.

Hərtərəfli araşdırma nəticəsində Nazirlik Şakedin Avstraliya cəmiyyətinin bir hissəsini pisləyə və cəmiyyət daxilində ixtilafı qızışdıra biləcəyini əsas gətirərək viza müraciətini rədd edib.

Şaked isə öz növbəsində Avstraliyanın bu qərarının xəcalət verici olduğunu bildirib.

Qeyd edək ki, Ayelet Şaked 2015-2019-cu illərdə İsraildə ədliyyə naziri, 2021-2022-ci illərdə isə daxili işlər naziri vəzifələrində çalışıb.

"Cebheinfo.az"

Chosen
1
3
cebheinfo.az

5Sources