EN

Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya

Rusiyanın gərgin demoqrafik vəziyyət fonunda ölkənin dinamik inkişafı üçün başqa ölkələrdən əmək miqrantlarına ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Miqrantlar ehtiyacdır. Fakt budur ki, bizdə çox gərgin demoqrafik vəziyyət var. Dünyanın ən böyük ölkəsində yaşayırıq, amma azıq. Dinamik inkişaf etməyimiz və bütün inkişaf planlarını həyata keçirməyimiz üçün təbii ki, işçilərə ehtiyacımız var. Biz onları ancaq alqışlayırıq”, - Peskov bildirib.

Chosen
20
5
axar.az

6Sources