EN

"Bananın dadını bilməyən biri idim" - Aktrisa həyatından danışdı

Ustad aktrisa Nur Sürer Ahmet Mümtazın aparıcılıq etdiyi "Empati" proqramına qatılıb və həyatı ilə bağlı səmimi açıqlamalar verib. 

"Unikal" xəbər verir ki, aktrisa proqramda keçmiş təcrübələri ilə bağlı xatirələrindən danışıb.

Sürer, "Atasız böyüyən uşaq kimi həmişə kaş atam olaydı deyə düşünürəm. Yoxsulluğun izləri qalır, getmir. Bəzi varlılar məktəbə gəlib paltar gətirirdilər, hətta bizə böyük olsa belə biz onu geyinirdik. Anam işləyən qadın idi, atam işləmirdi. İbtidai məktəbə başladığım il atam dünyasını dəyişdi, dörd qardaşım və anamla qaldıq. Anam savadsız idi, amma o, cəsur qadın, alqışlanası bir ana idi. İndi geriyə baxanda kasıb idik, amma daha xoşbəxt idik. Bananın dadını bilməyən biri idim", - deyə açıqlayıb.

Chosen
9
unikal.az

1Sources