EN

DSX komandanı mətbuat konfransında iştirak edib

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib. 44 günlük müharibədən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb”.

Sabahinfo.az xəbər verir ki, bunu DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində təşkil olunan mətbuat konfransında bildirib.

Azərbaycanın sərhəd mühafizəsi istiqamətində son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat verən general-leytenant Araz Məmmədov deyib: “İşğaldan azad edilmiş ərazilərdə DSX Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə Ali Baş Komandan İlham Əliyevin səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olub, sərhədçiləri xidməti uğurlara ruhlandırıb.

Azərbaycan xalqının böyük sərkərdəsi İlham Əliyevin uzun illərdir apardığı siyasətin nəticəsi olaraq, Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) 2024-cü il aprelin 19-da Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımızı ucaldaraq şərəflə xidmətə başlayıblar”.

Chosen
14
9
sabahinfo.az

9Sources