EN

Araz Məmmədov: Xüsusi əməliyyatlar nəticəsində düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alınıb

Möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisi olaraq 2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi ilə Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.

“Poliqon” xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” sərhəd dəstəsində keçirilən brifinq zamanı deyib

O bildirib ki, 2017-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.

“Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu. Qazax-Ağstafa rayonları ərazisində Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Qazax” əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, “Qazax” əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də, daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi”, – deyə general-leytenant A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.

Chosen
20
3
poliqon.az

4Sources