Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,95% artaraq 75,6 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,88 dollar təşkil edib.